Panarama.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "DXR" rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə görüşdə bildirib.
"Mən bildiyimə görə, o, dünən Afrikadan yeni qayıdıb. Burada bəzi rəsmi şəxslərlə görüşüb", - dövlət başçısı bildirib.
"O, təkcə bizdə deyil, həm də xaricdə, xüsusən Afrikada işləyirdi. Orada neft, qaz, qiymətli metallar və daşlarla məşğul olurdu", - Putin əlavə edib.
Putin qeyd edib ki, Rusiya İstintaq Komitəsi Yevgeni Priqojinin təyyarəsi ilə qəzaya uğraması ilə bağlı ilkin araşdırmaya başlayıb, o, tam şəkildə aparılacaq və başa çatdırılacaq./ucnoqta.az