64f22ec28eda0202309233442
Putin xoşbəxtliyin sirrini AÇIQLADI...

“Əgər insan özünü tapmağı, özünü dərk etməyi və həyatını ailəsinə və ölkəsinə həsr etməyi bacarırsa, bu, onu xoşbəxt edəcək”.

 

Panarama.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin  beynəlxalq olimpiada və yarışların qalibi olan 30 məktəblinin iştirak etdiyi “Vacib olanlardan danış” adlı açıq dərsdə bildirib.

 

“İnsan üçün özünü tapmaq vacibdir və əgər özünü tapırsa, deməli, hər şeyi reallaşdırmaq şansı var”, - deyə dövlət başçısı qeyd edib.

Putinin fikrincə, gördüyün işdən məmnunsansa, mütləq reallaşması mümkün olacaq:

 

“Bu, həm nəticə, həm də etirafdır. Hər ikisi çox önəmlidir”.(qafqazinfo)

01.09.2023 22:33
150

(MGID): :
OXŞAR XƏBƏRLƏR