Sankt-Peterburqda 160 kq çəkisi olan və böyüməyə davam edən balqabaq yetişdirilib.
Panarama.az Rusiya mediasına istinadla bildirir ki, avqustun 16-da balqabağın çəkisi 40 kq olub. Bir həftə sonra, avqustun 23-də çəki iki dəfə artaraq 80 kq olub. Sentyabrın 9-da çəkisini ölçən zaman evdar qadın balqabağın yenidən iki dəfə böyüdüyünü və çəkisinin təxminən 160 kq-a çatdığını görüb.
“Hazırda o, hələ də böyüyür, əgər hava şəraiti imkan versə, daha da böyüyəcək”, - nəhəng balqabağı yetişdirən qadın bildirib.
Sankt-Peterburqlu qadının tərəvəzin belə böyüməsinə necə nail olduğu barədə məlumat verilmir./lent.az