6697e0ba5d8b3202407241818
Qadın əməliyyatda öldü, məşhur klinika bağlandı - FOTO

Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri – “Reo-Med” klinikasının girişinə kilid vurulub.

Panarama.az News24.az-a istinadən bildirir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib.

Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə “Reo-Med” klinikasının həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.

Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.

17.07.2024 18:46
10257

(MGID): :
OXŞAR XƏBƏRLƏR