679dcb45b6e5a202502252037
QALMAQAL: Müğənni canlı efiri tərk etdi: "Səsinizi yüksəltməyin!"... VİDEO

"Həmin Zaur" verilişinin ötən gün yayımlanan buraxılışında qalmaqal yaşanıb.

Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, buna səbəb isə müğənni Əminə Şirinin proqrama gecikməsi olub. Aparıcı Zaur Kamalla onun arasında narazılıq yaranıb.

Zaur Kamal müğənniyə "Xoş gəlmisiniz, sizi başa düşürəm, xanımsınız. Bəs o birilər niyə gecikir? Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan gecikmirlər" sözlərini deyib.

Əminə Şirin isə ona aqressiv cavab verərək efirdən gedib:

"Orada birtəhər salamlaşdınız, burada da xoş gəldiniz deyirsiniz. Siz bizim yerimizə olsaydınız nə edərdiniz? Verilişi aparırsınız və gedirsiniz. Bizim klipimiz, efirimiz, salonumuz var. Heç kim bilərəkdən bunu etmir. Narazısınızsa, gedə bilərəm. Xanım olaraq məndən üzr gözləyirsiniz. Çox aqressivsiniz. Tamaşaçılardan üzr istəyirəm. Qonağı belə qarşılamazlar" deyərək efiri tərk edib.

Ətraflı videoda:


01.02.2025 11:19
389

(MGID): :
OXŞAR XƏBƏRLƏR