Xankəndidə keçirilən “Qarabağ” MOİK komandaları arasındakı oyunda topa ilk toxunuşu Prezident İlham Əliyev edib.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, Dövlət başçımızın toxunuşu ilə matç start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.