Bu gün məşhur reper, 38 yaşında dünyasını dəyişən Hüseyn Dərya haqqında maraqlı faktları təqdim edirik.
1. Bakıxanov qəsəbəsində beşuşaqlı ailədə Hüseyn Dərya orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanın diskoqrafiyasına (hər hansı bir musiqi sənətkarının bütün albomlarının və mahnılarının xronoloji siyahısıdır – red.) 3 studiya albomu daxildir.
2. Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var. Lakin bu evliliklərin heç biri uğurlu olmayıb.
3. Hüseyn Dəryanı tamaşaçılara sevdirən “Keyf elə” mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur. Lakin narkotikdən istifadə asılığı ona ciddi zərərlər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Həbsdə olanda onun fanatlarından biri məhkəməyə gəlib reperin üzünə duran yalançı şahidin başına butulka vurub.
6. Hüseyn Dəryanın sözlərinə görə, həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib: “İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə gedəcəyim bir addımdır”.
7. 2014-cü il, martın 14-ü, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.
***
8. Birinci həyat yoldaşının sözlərinə görə, Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.
9. Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb: “Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona da “bu, Hüseynin səsidir” deyib”.
10. 2019-cu ildə Hüseyn Dəryanın qızı efirlərə çıxaraq atasının ikinci arvadı Sona və onun oğlu Cahangir haqqında iddialı fikirlər səsləndirərək Cahangirin atasından olduğuna şübhə etdiyini bildirib:
“Bura gələndə əminliklə bilirdim ki, qardaşımdır, sübut olunsun deyirdim. Amma artıq ağlımdakı suallara mənəvi olaraq cavab verirəm. Cahangir mənim qardaşım deyil, atamın mənəvi oğludur. Lazım gəlsə, atamın qəbri də açılacaq, məsələyə aydınlıq gətiriləcək. Mən və bibilərim qəbrin açılmasına qədər gedib çıxacağıq”.