6536bf12cb9d9202310234434
"Qarabağ" Xankəndində ev oyunlarını bu tarixdə keçirəcək

«Qarabağ»ın Xankəndinə nə vaxt gedəcəyi məlum olub.

«Köhlən atlılar» 2024-cü ilin ilk yarısında ora yollanacaq.

Qurban Qurbanovun çalışdırdığı komanda bir neçə ay ərzində burada 2-3 ev oyunu keçirəcək.

Başqa sözlə, «Qarabağ» bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində qəbul edəcək.

Redaksiyamıza verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.

«Köhlən atlılar» bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək.

Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.

Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni «xunta» rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.

Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib./sportinfo

23.10.2023 22:43
2735

(MGID): :
OXŞAR XƏBƏRLƏR