64e4ba224668d202308233738
“Qarabağa hər kəs gedə biləcək” - Ekspert
"Düşünürəm ki, gələcəkdə avtobus reyslərinin sayı çoxalacaq”.
 
Panarama.az  Qaynarinfo-ya istinadən bildirir ki, bunu  açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli işğaldan azad olunmuş ərazilərə onlayn qaydada bilet satışı zamanı yaranan problemlərdən danışarkən deyib. 

Ekspert reyslərin yeni açıldığını və biletlər məhdud olduğunu vurğulayıb: 

"Bu səbəbdən biletlərə tələbat daha çoxdur. Bu da sözsüz ki, müəyyən formada çətinliklər yaradır. Əminəm ki, işğaldan azad olunan ərazilərə səfər etmək istəyənlərin sayı çoxdur. Amma burada bir məqam var, elektoron bilet alışı bilik və bacarıq tələb edir. Bu sahədə biliyi olanlar daha çevik davranır və bilet əldə edə bilirlər. Bütün bunlar digər şəxslərin onlayın qaydada bilet əldə etməyə çətinliklər yaradır”. 

Eyyub Kərimli hesab edir ki, gələcəkdə işğaldan azad olunan ərazilərə bilet alışı ilə bağlı yaranan problemlər öz həllini tapacaq: 

"Avtobus reysləri daha intensivləşəcək. Bütün vətəndaşlar rahat və əlverişli şəraitdə bilet ala biləcəklər”. 

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabr ayında işğaldan azad olunmuş ərazilərə bilet satışını təşkil eedəcək. Biletlər onlayın qaydada 2023-cü il 23 avqust saat 11:00-da satışa çıxarılacaq. 


22.08.2023 17:34
194

(MGID): :
OXŞAR XƏBƏRLƏR