65d8621c819cf202402241508
"Qarabağda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin" - Milli Məclisdə TƏKLİF

“Bu gün icra hakimiyyəti orqanlarının vəzifələrinin xeyli hissəsi əllərindən alınıb”.


Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında deputat Fazil Mustafa deyib.

“Bələdiyyələr vətəndaşların şikayətlərini təmin edə biləcək işləri görə bilmirlər. Real bələdiyyə funksiyasını həyata keçirən qurum göstərmək xeyli çətindir. Onların konkret olaraq hansı işləri görəbilmə səlahiyyətlərinin olması danışılmır. Xaricdə bələdiyyələr vətəndaşlara çevik cavab verə bilirlər. Bələdiyyələr kiçik və orta sahibkarlığa dəstək verən ən vacib orqandır, lakin bizdə bu sahədə bələdiyyənin rolunu görmək mümkün deyil. Bələdiyyə özü fəaliyyətə keçsə, heç dövlətdən maliyyə almağa ehtiyacı qalmaz. Xaricdə bələdiyyələrin idman sahəsində öz komandaları var. Dünən "Qarabağ"ın qələbəsini qeyd etdik, lakin "Qarabağ"dan başqa heç bir komandamızı Avropaya çıxara bilmirik. Təklif edirəm ki, Qarabağda tikiləcək futbol stadionuna Qurban Qurbanovun adı verilsin. Rayonlarda teatrın da inkişafı üçün bələdiyyələrin inkişafına ehtiyac var. Builki bələdiyyə seçkilərinə ciddi yanaşmalıyıq”.

23.02.2024 13:14
239

(MGID): :
OXŞAR XƏBƏRLƏR