64e2eb0218627202308234138
Qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin əlamətləri

Qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəlikləri zamanı aşağıdakı əlamətlər müşahidə edilir: sarılıq, tünd rəngli sidik ifrazı, açıq rəngli nəcis ifrazı, dəridə qaşınma, dərinin qanaması, dəridə qarışqa gəzməsi hissi, ürəkbulanma, temperaturun yüksəlməsi, qusma, qaraciyər nahiyəsində şiddətli ağrılar. Qaraciyər və öd kisəsi xəstəliklərindən qaraciyərin iltihabı (hepatit), öd kisəsinin iltihabı (xolesistit), qaraciyərin sirrozu, öddaşı xəstəliyini və s. göstərmək olar. Xolesistit öddaşı xəstəliyi ilə eyni vaxtda və ya ayrılıqda müşahidə edilir. Əsas əlamətlər: sağ qabırğa altında küt, kürəyə, sağ bazuya vuran ağrılar, qusma, ürəkbulanma meydana çıxır, temperatur yüksəlir, nəbz tezləşir, qaraciyər böyüyür və s. Öddaşı xəstəliyinin əsas əlamətlərindən biri kəskin tutmaşəkilli ağrıların olmasıdır. Ağrılar adətən daşlar öz yerlərini dəyişdikdə baş verir.

Müalicə: Əsasən müalicə simptomatik olub, xəstəni narahat edən əlamətlər aradan qaldırılır. Sonra isə cərrahi yolla müalicə edilir. Belə xəstələr daim pəhrizə fikir verməlidirlər. Çox qıcıqlandırıcı, ədviyyəli, kəskin, duzlu, acı, yağlı qidalar azaldılmalıdır.

Mədəaltı vəzinin xəstəlikləri. Pankreatit — mədəaltı vəzinin iltihabi prosesidir. Xəstəlik qarının yuxarı şöbəsində dairəvi xarakterdə (qurşaqlayıcı) daimi, şiddətli, çox vaxt dözülməz ağrılarla kəskin surətdə başlanır. Bəzən şoka səbəb ola bilər.  Müalicə xəstəliyin formasından asılı olub, yüngül formada simptomatik aparılır. Kəskin olduqda və xəstəlik uzun çəkdikdə cərrahi əməliyyata əl atırlar.

21.08.2023 08:36
264

(MGID): :
OXŞAR XƏBƏRLƏR