Qarpızın ən çox tükədildiyi aylar avqust-sentyabr aylarıdır. Hamımız şirəli və şirin qarpızı sevirik. Buna görə də biz bu dadlı meyvəni alarkən səhvlərə yol verməmək üçün mütəxəssislərdən faydalı məsləhətlərini dinləçəliyik.
Panarama.az xəbər verir ki, Publika.az dadlı və yetişmiş qarpızı necə seçməklə bağlı məsləhətləri bölüşür.
1. Sarı qabıq təhlükənin xəbərçisidir
Azot bitkilərin böyüməsi və inkişafı üçün vacib elementdir. Bununla belə, qarpız yetişdirənlər bəzi qaydaları və məhdudiyyətləri poza bilərlər. Bəzən xarici müdaxilələr qarpızın cəmi 3 həftə ərzində 11 kiloqram çəkiyə çatmasına imkan verir. Ancaq bu, tükəticilər üçün böyük risk ola bilər. Müdaxilə edilmiş qarpızın tükədilməsi nəticəsində zəhərlənmə halları baş verə bilər. Bu səbəbdən meyvələri kəsərkən qabığın rənginə diqqət yetirilməlidir. Qabığın rəngi sarı, içərisində ağ xəttlər olmamalıdır.
2. Dəlik olub-olmadığını yoxlayın
Bəzi insanlar qarpızdakı dəliklərin nitrat iynələri deyil, həşəratların izləri olduğuna inanırlar. Bununla belə, yenə də çuxurlu meyvələrdən qaçmağa çalışın. Mütəxəssislər deyirlər ki, qarpızın içi bu dəliklərə görə yaxşı olsa da, bir müddət sonra xarab olur.
3. Ortası böyük, içi boş qarpız yeməyin
Qarpızdakı çatlar meyvənin artıq yetişdiyini və ya tərkibində böyümə hormonlarının olduğunu göstərir. Bu, sağlamlıq üçün çox xoşagəlməz nəticələrə səbəb ola bilər. Artıq yetişmiş qarpız bir az acı ola bilər, böyümə hormonu olan qarpız isə zəhərlənməyə səbəb ola bilər. Beləcə, bu vəziyyətdə meyvə görsəniz, yeməməyiniz məsləhətdir.
4. Yeməzdən əvvəl bir dilimini suya qoyun
Qarpızdakı nitratın miqdarına nəzarət etmək istəyirsinizsə, onun kiçik bir parçasını otaq temperaturunda təmiz suya qoyun. Əgər meyvə təhlükəlidirsə, su parlaq çəhrayı rəngə çevriləcək. Zəhərlənməmək üçün həmin qarpızı yeməmək daha məsləhətlidir.
5.Qaldırdığınız zaman yüngül olmamalıdır
Bəzən gözəl və hamar qabıqlı, döyəclədiyimiz zaman çıxan səs də qarpızın dadlı olduğuna zəmanət vermir. Buna görə də, qarpızın ağırlığına diqqət edin. Yetişmiş qarpızı qaldırdığınız zaman əlinizdə ağırlıq hiss etməlisiniz.
Maraqlıdır, bəs ləzzətli qarpız necə seçilməlidir?
1. Əzilməmiş qarpız seçin
Yetişmiş və şirin qarpız parlaq, hamar və görünən zədələrdən azad olmalıdır. Kiçik çürüklər bir zərbənin nəticəsi ola bilər. Bu yerlərdə xarab olma prosesi daha tez baş verir. Bu səbəbdən bütün qarpızı atmaq ehtimalınız yüksəkdir.
2. Qabıqdakı kiçik və dayaz deşiklərdən qorxmayın
Daha əvvəl də qeyd etdiyimiz kimi, bir çox internet istifadəçiləri bu dəliklərin qarpız yetişdirənlərin qarpızlara nitrat vurmaq üçün istifadə etdikləri iynələrin izləri olduğunu deyirlər. Amma deşiklər qabığın içərisinə keçmirsə, qorxmağa ehtiyac yoxdur. Çünki bunlar qurdların sürfələrinin buraxdığı izlərdir və meyvənin keyfiyyətinə və dadına təsir etmir.
3. Qarpızı seçərkən qabığında kiçik sarı çapıqlara diqqət yetirin
Qarpızın hamar qabığındakı bu bej rəngli “çapıqlar” arıların qarpızı “daddığı” yerlərdir. İnternet istifadəçiləri də yoxlayaraq bu qarpızların adətən çox şirin olduğuna qərar veriblər.
4. 4 kq çəkisi olan yetişmiş qarpızın ətrafı 60 sm olmalıdır
Keçmiş sovet jurnalı "Young Technician”da 1986-cı ildə dərc olunan yazıda qed olunur ki, çəkisi 4 kiloqram olan yetişmiş qarpızın diametri ən azı 60 sm olmalıdır. Bu məlumat istifadəçilər tərəfindən yoxlanılıb və doğru çıxıb. Bu qarpızlar yetişmiş və şirin olur.
5. Qarpızın quyruğu və gövdəyə yapışdığı yer quru olmalıdır
Yaşıl və təzə quyruqlu qarpızlar yetişməyib. Quru quyruqlu qarpızları seçmək lazımdır. Meyvənin quyruğu yoxdursa, gövdəyə sabitləndiyi yerə diqqət yetirin, qəhvəyi olmalıdır.
6. Qabıqlarında parlaq sarı ləkəsi olan qarpızı seçin
Qabıqdakı sarı ləkə qarpızın yerdə qalan tərəfidir. Yetişmiş qovunlarda da həmişə sarı və hətta narıncı-sarı ləkələr olur.