İsveçrədə 3 il əvvəl qatardan tapılan 120 qızıl plitka Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriləcək.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı qızılın aşkarlandığı Lütsern şəhər məhkəməsi qərar qəbul edib.
Çəkisi 3 kiloqram 732 qram olan qızıl plitələr 2019-cu ildə qatarda ağ zərfin içində aşkarlanıb. Zərfin üzərində "Beynəlxalq Qırmızı Xaç Komitəsinə çatacaq" yazısı olub.
Ötən müddət ərzində Lütsern məhkəməsi üzərində nömrəsi olan qızıl plitələrin sahibini axtarsa da, buna nail ola bilməyib.
Eyni zamanda qızılların oğurlanması barədə hər hansı məlumat da tapılmayıb. Buna görə də məhkəmə onların üzərində yazılan ünvana - BQXK-ya təhvil verilməsi barədə qərar çıxarıb.