Psixoloq Marqarita Alekseeva deyir ki, qayınanası ilə ünsiyyətə başlamaq istəyən qadın onunla rəqabət aparmamalıdır.
Panarama.az Rusiya KİV-ə istinadla bildirir ki, o, müsahibəsində qadınlara ərinin anası ilə dostluq münasibətləri saxlamağın yolunu təklif edib.
Psixoloqun fikrincə, qayınana ilə rəqabət davamlı mübahisələrə səbəb olur: “Öz ləyaqətinizi qoruyun və həyat yoldaşınızın anasını əvəz etməyə çalışmayın. Ailədəki rolları fərqləndirin, həddindən artıq qorunmayın və tərəfdaşınız üçün qərarlar verməyə çalışmayın”.