65a9761315ebd202401240347
Qazaxda məktəbli qızılcadan dünyasını dəyişib...

Qazaxda 13 yaşlı  yeniyetmə  qızılca xəstəliyindən dünyasını dəyişib.

Panarama.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndində baş verib.

Belə ki, Şabanzadə Nəzrin Fərrux qızı qızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya  aparan zaman yolda dünyasını dəyişib.

Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib. Həmin vaxt vəziyyəti çox  ağır olub.

Xəstə müayinə edildikdən sonra  Gəncəyə  göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada  qızılca  xəstəliyinə  yoluxmanın sayında xeyli artım var.

18.01.2024 23:02
515

(MGID): :
OXŞAR XƏBƏRLƏR