64d7b82e42459202308234950
Qazilərə şad XƏBƏR! -BU LİMİT LƏĞV EDİLDİ
Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edib.

Panarama.az News24.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsi şərtləri genişləndirilib.

Şərtlərə edilən yeni əlavəyə əsasən, ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın həmin tibb müəssisəsində stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir, stasionar tibbi xidmətin tarifinə əsasən sığorta ödənişi hesablanır və ödənilir.

Bu Sənədin əlavəsində olan cədvəlin 2.2.1-2.2.77-ci yarımbəndlərində nəzərdə tutulan ambulator tibbi xidmətlər sığortaolunanlara aşağıdakı şərtlərlə göstərilir:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bir təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən tibbi xidmət üzrə 30 müraciət və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərtilə sığorta limiti çərçivəsində verilir.

Bu Sənədin 6.7.1-ci yarımbəndində nəzərdə tutulmuş müraciət üzrə say məhdudiyyəti və sığorta limiti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək əlilliyi müəyyən olunmuş, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə şamil edilmir.
12.08.2023 20:48
345

(MGID): :
OXŞAR XƏBƏRLƏR