Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, onun əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.
Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Qəbələ Rayon Polis Şöbəsinin (024) 205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.