66795ade4fdfa202406243910
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Panarama.az xəbər verir ki, qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.



Bu barədə Elnar özü bildirib.

O sosial şəbəkə hesabında Eldənizin fotosunu paylaşaraq ona Allahdan rəhmət diləyib./baku.ws



Panarama.az sənətçinin qohumu ilə bağlı olan paylaşımını təqdim edir:

24.06.2024 15:38
308

(MGID): :
OXŞAR XƏBƏRLƏR