66a60ea43971e202407242556
Qeyri-sabit hava BU TARİXDƏ BİTƏCƏK

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.

Panarama.az bildirir ki, bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək".

28.07.2024 13:24
520

(MGID): :
OXŞAR XƏBƏRLƏR