66a78747d81e8202407241255
Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı - VİDEO

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.

Panarama.az xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

Sözügedən videonu təqdim edirik:


29.07.2024 16:11
384

(MGID): :
OXŞAR XƏBƏRLƏR