Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə xəsarət alanlardan daha 7 nəfər yaralı və həyatını itirən 4 nəfərin nəşi Bakıya gətirilib.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, onları Heydər Əliyev Hava Limanında yaxınları və aidiyyatı üzrə qurumlar qarşılayıblar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.