(MGID): :
67ee937cd83d4202504255612
"Qisas almaq üçün əvvəldən planlaşdırmışdı" - Kişinin cinsi orqanının kəsildiyi hadisənin TƏFƏRRÜATI... VİDEO

Xaçmaz rayonunun Fərzəlioba kəndində dəhşətli hadisə baş verib.

42 yaşlı kişi həmkəndlisi, 31 yaşlı Səbuhi Mahmudov tərəfindən bıçaqlanıb. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Zərərçəkənin qardaşının verdiyi məlumata görə, həyat yoldaşı ona zəng edərək təcili evə gəlməsini istəyib:

"Qardaşımın yoldaşı zəng edərək dedi ki, tez gəl, Səbuhi Mübarizi bıçaqlayıb. Gəlinin dediyinə görə, qardaşıma 9 bıçaq xəsarəti yetirilib. Onların arasında əvvəldən ədavət olub, pul üstündə mübahisələri vardı. Mübariz onu söyüb, aralarında dava düşüb. Səbuhi də qisas almaq üçün bunu əvvəlcədən planlaşdırıb".

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 15 may 2025-ci il tarixində bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən, 1983-cü il təvəllüdlü kişi Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub:

"Ona xarici cinsiyyət üzvünün tam kəsilməsi diaqnozu qoyulub. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir".

Ətraflı Baku TV-nin süjetində:



 

 15 may, 15:45


 2025-ci il mayın 15-də, gecəyarısında Xaçmaz rayonunda xəsarət alan 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a bildirilib ki, ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub. Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.


 14:26


 Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanının kəsilməsilə bağlı təfərrüatlar məlum olub. Panarama.az bildirir ki,  Oxu.Az-ın məlumatına görə, tərəflər arasında mübahisə bir il əvvəldən başlayıbmış. Kənd sakinlərinin bildirdiyinə görə, xəsarət yetirilən şəxs bir il əvvəl 1994-cü il təvəllüdlü Səbuhi ilə mübahisə edib və ona zor tətbiq edib. Həmin şəxs özündən 10 yaş balaca olan Səbuhini bağ sahəsində tutaraq onu döyüb və ailəsinə qarşı ağır ifadələr işlədib. Səbuhi isə bu barədə polisə şikayət etməyib. Amma tərəflər arasında münaqişə davam edib. Hadisədən 1 il sonra - mayın 14-də Səbuhi gecə saatlarında spirtli içki qəbul edəndən sonra həmin şəxsdən qisas almaq qərarına gəlib. O, evindən bıçaq götürərək hadisə yerinə gəlib və həmin şəxsi evindən çağırıb. 42 yaşlı Xaçmaz sakini evindən çıxarkən Səbuhi onu arxadan tutub. Zərərçəkmiş şəxsin müqavimətini görən Səbuhi ona boynundan bıçaq zərbəsi endirib. Kişi yerə yıxılandan sonra isə Səbuhi "sənə demişdim ki, məni söy, ailəmə dil uzatma" deyərək bıçaqla onun cinsi orqanını kəsib. Hadisə yerini tərk edən Səbuhi polisə təslim olub və cinayəti etiraf edib. Xatırladaq ki, hadisə Xaçmaz rayonunun Fərzəlioba kəndində baş verib. 


11:50 


 Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanı kəsilib. Panarama.az bildirir ki,  Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Fərzəlioba kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Səbuhi Mahmudov 1983-cü il təvəllüdlü kişi ilə mübahisə edib. Mübahisə nəticəsində S.Məmmədov həmin şəxsin cinsi orqanını bıçaqla kəsib. Hadisə mayın 14-də saat 23 radələrində baş verib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
16.05.2025 06:10
344

(MGID): :
OXŞAR XƏBƏRLƏR