Soyuq aylarda smartfonu şarj edərkən diqqətli olmaq lazımdır.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, istifadəçilər qışda telefonu şarj edərkən ümumi səhvlərə yola verirlər.
Bir çox insan soyuq havada evə qayıdan kimi dərhal mobil cihazı şarja qoyur. Ancaq bu, təhlükəli bir hərəkətdir. Söhbət ciddi temperatur fərqindən gedir. Çox soyuq havada qalan smartfonu birdən-birə elektrik cihazına qoşmaq heç yaxşı fikir deyil.
Yaranan temperatur fərq batareyanın və bütövlükdə cihazın vəziyyətinə mənfi təsir göstərir. Hətta qadcet sıradan da çıxa bilər.
Belə halların baş verməməsi üçün soyuqda gəzintini bitirib gəldikdən sonra dərhal mobil telefonunuzu enerji ilə doldurmağa tələsməyin. Ən azı 15-20 dəqiqə gözləyin.