Heç sevdiyiniz insanı niyə qısqanmağınızı düşünmüsünüz? Ətrafımızda həmişə “Sevən insan qısqanar, qısqanmırsa, deməli, sevmir” cümlələrini eşidirik. Şüuraltımızda sərgilənən və həyatımızdakı insanın fərqli səbəblərdən dolayı həyatını zindan etdiyimiz qısqanclıq haqqında bütün suallara cavab bu məqaləmizdədir.
Qısqanclıq nədir?
Qısqanclıq münasibət ilə özünü bəlli edən və cəmiyyət tərəfindən sevginin ayrılmaz bir parçası olaraq tanınan bir duyğudur. Qısqanclıq duyğusunun altında, önəm verdiyimiz insanı itirməkdən yaranan qorxu və münasibətin pozulması nəticəsində yaranan qayğı yatır.
“Sevən insan qısqanar” ifadəsi isə sadəcə nəsildən nəsilə keçən bir ön yarğıdan başqa bir şey deyil. İnsanlar yaşadıqları dərin qısqanclıq hissini açıqlamaq üçün bu ifadəni işlədirlər. Lakin araşdırmalar göstərir ki, qısqanclığın sevgi ilə əlaqəsi olduqca aşağıdır. Çünki qısqanclığın tərkibində həm sevgi, həm də nifrət var. Sevginin payının az olduğu bu duyğu, sevginin kölgəsidir.
Niyə qısqanırıq?
Qısqanclıq insanın dinamikləri ilə əlaqəlidir, yəni insanın alçaldılmış, yetərsiz və ya çarəsiz hiss etdiyi dönəmdə özünü göstərən bir duyğudur. İnsanın xarakteri və özünə sayğısı ilə birbaşa əlaqəlidir. Hər bir fərd qısqanclıq duyğusunu sonradan öyrənir. Burada isə cəmiyyətin çox böyük rolu var.
Münasibəti qorumağın yollarına göz atsaq, görərik ki, paylaşmaq və anlayış kimi yollarla münasibəti qorumaq mümkündür. Lakin qısqanc insanlar anlayış göstərmək yerinə hirs, küsmək, təhdid etmək kimi davranışlar sərgiləyirlər. Bilmək lazımdır ki, sədaqət təhdidlə deyil, sevgi ilə yaranır. Qısqanclıq səbəbi ilə etdiyiniz kontrollar və basqı partnyorunuzun sizdən uzaqlaşmasına səbəb olacaq.
Qısqanclıq insanın özünə olan etibarı və öz güvənin çatışmadığı vəziyyətlərdə yaranır. İkinci bir faktor isə fərdin keçmişi ilə əlaqəlidir. Keçmişində yaşadığı tərk edilmə qorxusudur.