66d5ac2934b1c202409241433
"Qiyməti olduqca yüksək, hətta korluğa səbəb olur" - Həkimdən bu əməliyyatla bağlı XƏBƏRDARLIQ

Son zamanlar dünyada göz rəngini dəyişmək trendi yaranıb. İlk dəfə Amerika Birləşmiş Ştatlarında məşhurlaşan göz rənginin dəyişdirilməsi əməliyyatı daha sonra Avropa ölkələrində yayılıb. Ölkəmizdə də əməliyyatla göz rənginin dəyişdirilməsi mümkündür.

 

Bəs bu əməliyyatın nə kimi fəsadları var?

 

Panarama.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan oftalmoloq Fidan Ağayeva bildirib ki, bu əməliyyat zamanı lazer və ya iynə vasitəsilə buynuz qişanı kəsib içinə rənglənmə piqmentini yerləşdirirlər.

 

“Bu piqmentlər gözün təbii rəngini maskalayır və bədənə edilən tatuaj proseduruna bənzəyir. Bir neçə rəng var ki, onlar daha çox istifadə olunur. Mavi, boz və bal qəhvə rəngləri bu siyahıdadır. Lazerlə gözə ötürülən piqmentlərin də zamanla rəngi dəyişə bilər. Bu zaman təkrar boyama prosedurundan istifadə olunur”.

 

Həkim qeyd edib ki, bu prosesin bir sıra risk faktorları mövcuddur.

 

“Gözdə katarakta əmələ gəlir. Bu isə çox təhlükəlidir. Göz rəngini ancaq kontakt linzalardan istifadə edərək dəyişmək məsləhət görülür. Əməliyyat zamanı və əməliyyatdan sonra gözə infeksiya keçmə ehtimalı çox yüksəkdir. Bu isə gözdə iltihablanmaya və korluğa qədər apara bilir. Bu əməliyyat sadəcə estetik məqsədilə edilir və heç bir müalicəvi xüsusiyyəti yoxdur. Əməliyyatın qiyməti də olduqca yüksəkdir”.

 

02.09.2024 15:53
297

(MGID): :
OXŞAR XƏBƏRLƏR