67c8c57cbc2a3202503254324
Qızı ağır xəstəlikdən vəfat edən ata ÖZÜNÜ ÖLDÜRDÜ

Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.

Panarama.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B.Hüseynovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Əldə olunan məlumata görə, B.Hüseynovun ailə quraraq rayonun Qandax kəndinə köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Yaxınları övladının vaxtsız ölməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib. 


06.03.2025 01:39
1332

(MGID): :
OXŞAR XƏBƏRLƏR