İstanbulda azərbaycanlı Merve Öznur Hüseynova sevgilisi Enes Erdoğanla qızıl dükanını soymağa cəhd edib.
Panarama.az qafqazinfo.az-ya istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.
Bildirilib ki, silahla mağazadan oğurluq etməyə çalışan cütlük hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onlar ifadələrində evlənmək üçün pul tapmadıqlarını deyərək zərgəri soymağa çalışdıqları deyiblər.
Qeyd edək ki, 22 yaşlı Merve Öznur Hüseynova 2 il öncə Türkiyə mətbuatına kuryer kimi müsahibə verib.
Oğurluq anının görüntülərini təqdim edirik: