657a43f25e25d202312235322
Qızılcaya yoluxan 12 yaşlı uşaq vəfat etdi

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

Panarama.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

TƏBİB-dən məlumat almağa çalışacağıq.

14.12.2023 03:52
423

(MGID): :
OXŞAR XƏBƏRLƏR