65f0a06787092202403243519
Qobuda itlərin dişlədiyi uşaq sağalır - VİDEO

Xəbər verdiyimiz kimi, Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyətində müsbət irəliləyiş hiss edilir.

Panarama.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, martın 3-ü tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının vəziyyəti orta-stabildir:

“Səhhətində müsbət dinamika müşahidə edilir. Müalicələri palatada davam etdirilir”.

Xatırladaq ki, hadisə Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. İt azyaşlıya hücum edib. Uşaqda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib./mətbuat.az

12.03.2024 22:31
290

(MGID): :
OXŞAR XƏBƏRLƏR