Xəbər verdiyimiz kimi, Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyətində müsbət irəliləyiş hiss edilir.
Panarama.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, martın 3-ü tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının vəziyyəti orta-stabildir:
“Səhhətində müsbət dinamika müşahidə edilir. Müalicələri palatada davam etdirilir”.
Xatırladaq ki, hadisə Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. İt azyaşlıya hücum edib. Uşaqda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib./mətbuat.az