6715bf6db3f07202410244149
Qobustanda QƏTL: "Günel "boğ* məni" dedi, mən də boğdum"

Qobustanda arvadı, 42 yaşlı Günel Tahir qızı Sadıqovanı öldürən 51 yaşlı Mürsəl Əlislam oğlu Cabbarovun məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Cabbarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin 12 mart tarixində baş verib. Mürsəl Cabbarov arvadını iplə boğaraq öldürdükdən sonra bıçaqla özünə xəsarət yetirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə aralarındakı mübahisə barədə danışıb:

"Aramızda ciddi bir mübahisə olmamışdı. Uşağı danladıqdan sonra Günel evi tərk edib atasından qalan evə getdi. Hadisənin bu cür nəticələnəcəyini ağlıma belə gətirməzdim. Özümü idarə edə bilməmişəm. Sadəcə Günelin "Boğ məni!" deməsini xatırlayıram və mən də onu boğdum. Başqa bir məqsədim olmayıb" , - deyə Cabbarov bildirib.

O, hadisə anında tək olduğunu və yoldaşını evə qaytarmaq üçün getdiyini əlavə edib:

"Evə çatanda Günel ayaq üstə dayanmışdı. Ona yaxınlaşıb bir dəqiqə içində iplə boğazını sıxdım. Hadisə zamanı ağlım başımda deyildi. Sonra özümə də bıçaqla xəsarət yetirdim. Törətdiyim əməldən çox peşmanam" ,- deyə təqsirləndirilən şəxs ifadəsində vurğulayıb

30.10.2024 04:53
2166

(MGID): :
OXŞAR XƏBƏRLƏR