65370a159767b202310230437
Qubada mikroavtobus aşdı, 7 nəfər yaralandı - SİYAHI..

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində "VAZ 2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Xəsarət alanların adları aşağıdakı kimidir:

Fəqan Zalov (14 yaş);

Elxan Zalov (32 yaş);

Tərlan Zalov (29 yaş);

Roman Bağırov (26 yaş);

Fidan Əhmədli (17 yaş);

Vüsalə Həsənova (40 yaş);

Aişə Kərimova (20 yaş).


Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.

24.10.2023 03:59
492

(MGID): :
OXŞAR XƏBƏRLƏR