64fe09df3c370202309232431
Qubada üç maşın toqquşdu: Ölən var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az  APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.

Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb.

İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


10.09.2023 22:23
222

(MGID): :
OXŞAR XƏBƏRLƏR