66bc92c25bd4f202408241930
Quru sərhədləri oktyabrın 1-dən açılır? - ”Ümid edək ki, belə olacaq”
Bildiyimiz kimi bu il Azərbaycan COP-29 tədbirlərinə ev sahibliyi edəcək. Bu səbəbdən də çoxsaylı xarici vətəndaşın Azərbaycana gələcəyi planlaşdırılır.

Bu arada isə COP29-a görə noyabrda quru sərhədlərinin açılacağı ilə bağlı söhbətlər dolaşır.

 
Panarama.az  xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı Natiq Cəfərli heç bir səbəb olmadan quru sərhədlərinin uzun müddətə bağlı qalmasının doğru olmadığını deyib:

“Azərbaycanda quru sərhədlər açılmalıdır. Heç bir ciddi səbəb olmadan quru sərhədlərin bağlı qalması doğru deyil. Dünyada bunun bir örnəyi və ya bənzəri yoxdur. Ümid edək ki, quru sərhədləri COP29-dan öncə, oktyabrın 1-dən etibarən açılacaq. Ölkəyə çox sayda qonaqlar gəlməlidir. Başqa ölkələrdən velosipedlə gələnlər olacaq. Buna görə də, quru sərhədlərin açılması lazımdır. Quru sərhədlərin açılmasının hər hansı təhlükəsi yoxdur. Əksinə, bu, Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək, insanların alqısına səbəb olacaq”.

Qeyd edək ki, COVİD-19 pandemiyasının başlanması ilə əlaqədar olaraq 2020-ci ilin martında tətbiq olunan xüsusi karantin rejimi nəticəsində quru sərhədləri bağlanıb. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin vaxtı oktyabrın 1-ə qədər uzadılıb.
14.08.2024 15:18
265

(MGID): :
OXŞAR XƏBƏRLƏR