652b0be708887202310234511
Qusarda üç qardaş zəhərləndi, ikisi öldü - TƏFƏRRÜAT

Qusar rayonunda 3 nəfər zəhərlənib.

Hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Panarama.az mətbuat.az -a istinadən  bildirir ki, mənzildə kirayədə yaşayan Cəlilabad rayon sakinləri Şamil, Sabir və Sakit Zeynalov qardaşları zəhərləniblər. Nəticədə Sabir və Sakit Zeynalovlar ölüb. Şamil Zeynalov isə xəstəxanaya yerləşdirilib. Onların göbələkdən zəhərləndikləri iddia edilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb. AQTA-dan verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Ətraflı "Xəzər Xəbər"in videosunda.


15.10.2023 01:41
383

(MGID): :
OXŞAR XƏBƏRLƏR