Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.
Onun sədrliyi təsdiq edilib.
---------
Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.
Panarama.az APA-ya istinadən bildirir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.
Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.
Yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.