İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.
Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real Madrid”in matçdakı üç qolunu braziliyalı Vinisius Junior vurub. “Barselona” Levandovski ilə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Qarşılaşmada Rodriqo “Real”ın 4-cü qolunu vurmaqla yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub. "Barselona" isə 14 dəfə Superkuboku qazanıb./baku.ws