667552bf71212202406241527
Rekord NƏTİCƏ – Sertifikasiyadan 60 bal TOPLADI...FOTO

Xəbər verdiyimiz kimi, sertifikasiya prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Panarama.az Viral-az-a istinadən xəbər verir ki, Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Saidə Bayramova sertifikasiyadan 60 bal toplayıb.

Müəllim imtahanla bağlı təəssüratlarını bizimlə bölüşüb:

Qeyd edib ki, ixtisasla bağlı suallar çox asan olub:

"Kurikulum sualları isə bir az düşündürücü olsa da, elə də çətin deyildi. Düşünürəm ki, 60 balı toplamaq çətin deyil. Bundan öncə sınaq imtahanlarında iştirak edən zaman 1-2 səhvim olurdu. Ona görə də maksimum nəticə göstərəcəyimə əmin deyildim. Amma imtahana daha diqqətli və ciddi yanaşandan səhv etməmək mümkün imiş".

21.06.2024 14:13
1641

OXŞAR XƏBƏRLƏR