Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) rəhbərliyinə müvəqqəti təyinat olub.
Panarama.az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Etibar Ağamalıyevə həvalə edilib.
O, indiyə qədər İKT LAB-ın baş mühasibi olub və yeni vəzifəsində "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin sədr müavini təyin edilmiş Rauf Cabbarovu əvəz edib.
Xatırladaq ki, İKT LAB 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqlarının inkişaf etdirilməsi ilə məşğuldur.