683940c0c952c202505252312

“Azercell” bu xidməti də pullu etdi

30 May 2025
164

İyunun 30-dan etibarən “Azercell Telekom” MMC-nin abunəçiləri üçün “Busuu” tətbiq çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə 0.35 AZN xidmət haqqı müəyyən ediləcək.

 

Panarama.az bildirir ki, Pravda.az-ın xəbərinə görə, qiymət ƏDV daxil göstərilib.

 

Qeyd: İndiyədək pulsuz olan “Busuu” dil öyrənmə tətbiqlərindən biridir.