Panarama.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbələrdən biri bildirib.
O, ulduzların bütün məsələləri həll etdiklərini, biznes, daşınmaz əmlak və uşaqların qəyyumluğu məsələlərində razılığa gəldiyini vurğulayıb.
Cütlük arasında ən son fikir ayrılığı evli olarkən əldə etdikləri fransız şərab zavodu “Chateau Miraval”la bağlı olub.
Pitt şərab zavoduna tam nəzarət etmək üçün 250 milyon dollar ödəyəcək.
Qeyd edək ki, Coli və Pitt 2008-ci ildə "Chateau Miraval" şərab zavodunu alıb və 2014-cü ildə orada evlənib. Şərab biznesi uğurlu olub və mənfəət 2013-cü ildəki 1 milyon avrodan 2022-ci ildə təxminən 15 milyon avroya yüksəlib. 2016-cı ildə cütlük boşandıqdan sonra ərazi üzərində məhkəmə çəkişmələri bu günə qədər uzanıb.