Panarama.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri Kristiano Ronaldo Rio Ferdinandın verilişində tənqidlərə cavab olaraq deyib.
"2 siçan məni tənqid edir deyə karyeramı bitirməyəcəm. Dünya, azarkeşlər məni sevir. Bu, futbol oynamaq üçün mənim motivasiyamdır. İnsanlar məni sevir. Heç kəsin tanımadığı, televiziyada məni tənqid edən 2 adama görə mənim dahiliyim yoxa çıxmayacaq", portuqaliyalı ulduz deyib.