64e33804c9fb3202308231012
Röya Ayxanın lüks malikanəsinin GÖRÜNTÜLƏRİ - FOTO

Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Panarama.az BAKU.WS-ə   istinadən  xəbər verir ki, sənətçi hovuz qırağında lentə alınan yeni fotolarını izləyiciləri ilə bölüşüb.

İfaçının əynində sarı rəngli çimərlik geyimi, başında isə qara şlyapası olub.

Xalq artistinin fotoları Mərdəkandakı 4 mərtəbəli malikanəsində çəkilib. Sənətçi instaqramının hekayə bölümündə isə oğlu Hüseynin də hovuzdan görüntülərini yayımlayıb.

Röya Ayxan uzun müddətdir ki, evində istirahət edir. Buna səbəb müğənninin sentyabrın 1-2-3-ü tarixlərində Bakı Konqres Mərkəzdə baş tutacaq konsertinə görə məşqlər etməsidir.



21.08.2023 14:07
181

(MGID): :
OXŞAR XƏBƏRLƏR