Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi hovuz qırağında lentə alınan yeni fotolarını izləyiciləri ilə bölüşüb.
İfaçının əynində sarı rəngli çimərlik geyimi, başında isə qara şlyapası olub.
Xalq artistinin fotoları Mərdəkandakı 4 mərtəbəli malikanəsində çəkilib. Sənətçi instaqramının hekayə bölümündə isə oğlu Hüseynin də hovuzdan görüntülərini yayımlayıb.
Röya Ayxan uzun müddətdir ki, evində istirahət edir. Buna səbəb müğənninin sentyabrın 1-2-3-ü tarixlərində Bakı Konqres Mərkəzdə baş tutacaq konsertinə görə məşqlər etməsidir.