661e3204cce79202404240836
Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.

 

Panarama.az olay.az-a istinadən bildirir ki, sənətçi bu barədə "PrimeTime Elvin Elxanla" yutub layihəsində bəhs edib.

 

"Mənim bir günüm yox olub. Özü də yeməkdə idim. Hər kəsin burnundan gəldi. Uşaq üç gün evdən çölə çıxmayıb. Deyir ki, nə bilim, biz uşaqlarla belə etdik. Ona görə deyirəm, bunların nəslindən (red. - Z nəsli) qorxmaq lazımdır. Sizə nə var bizim səhifə oğurlanıb. Sizə nə var bizim başımıza nə iş gəlib. Sən necə sevinə bilərsən, bir Azərbaycan sənətçisinin başına iş gəlib. Səhər ananın başına gəlsə? Bunlar bilirsiniz necə fikirləşirlər? Biz bunlar üçün yoxuq. Bunlar ancaq ingilislərə qulaq asır. Deyirəm, sənin instaqramın var. Deyir, yox. İnstaqramı da pozublar. Sən başa düşürsən ki, insanlar elə bilir ki biz səninlə bu barədə danışırıq. Əgər bu çox pis qarşılanmışdısa, o, uşaqdır, onun yerinə üzr istəyirəm", - o söyləyib.

 

Estrada ulduzu həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günündə bir neçə həmkarına gül göndərdiyini, onlar arasında Aygün Kazımovanın da olduğunu deyib.

 

Qeyd edək ki, R. Ayxanın oğlu Hüseyn Aygün Kazımovanın oğurlanan səhifəsini paylaşaraq "Gecəniz xeyirə qalsın" şərhini yazmışdı.


16.04.2024 12:07
4273

(MGID): :
OXŞAR XƏBƏRLƏR