6773efab869d6202412242043
Röya Tağıyeva "Şərəf" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyevanı "Şərəf" ordeni ilə təltif edib.

President.az xəbər verir ki, bu barədə Prezident sərəncam imzalayıb.

Sərəncama əsasən, Röya Tağıyeva Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.

31.12.2024 17:19
693

(MGID): :
OXŞAR XƏBƏRLƏR