Prezident İlham Əliyev Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyevanı "Şərəf" ordeni ilə təltif edib.
President.az xəbər verir ki, bu barədə Prezident sərəncam imzalayıb.
Sərəncama əsasən, Röya Tağıyeva Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.