653ca77277751202310231722
Röyadan Günelə doğum günü SÜRPRİZİ - VİDEO

Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl doğum gününü qeyd edən həmkarı Günel Zeynalovaya sürpriz edib.

Panarama.az bizim media-ya istinadla xəbər verir ki, Röya Günelin 38 yaşına qədəm qoyması münasibəti ilə restoranların birində sənətçi ilə bir araya gəlib.

Xalq artisti Günelin oğlu Hüseynlə eyni gündə, yəni oktyabrın 25-də dünyaya gəldiyini sonradan öyrəndiyi bildirib. Röya Güneli gec təbrik etdiyinə görə ondan üzr istəyib.

Zeynalova isə həmkarının bu addımını səmimi qarşılayıb və onunla qucaqlaşıb. Həmin anları isə Röya Ayxan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Qeyd edək ki, Günel Zeynalovanın anası bir neçə gün əvvəl iflic olub. Bu haqda sənətçi özü məlumat yayıb. Müğənni anasının müalicə aldığını bildirib.


28.10.2023 10:16
453

(MGID): :
OXŞAR XƏBƏRLƏR