659cd3dd85ef1202401240429
Roza Zərgərli tanınmış müğənninin evlilik təklifini qəbul etdi: Onun dərdindən ölürəm - FOTO

"Keçən il Rozaya təklif etdim ki, evlənək və köçüb başqa ölkədə hər şeyə sıfırdan başlayaq. Təklifimə "yox" dedi".

Bu sözləri "10-da görüşək" səhər şousunda müğənni Əkbər Əliyev deyib.

O, canlı yayımda Zərgərliyə olan sevgisindən danışıb:

"24 il əvvəl Roza xanımı çox sevirdim. Bir-birimizi sevirdik, böyük məhəbbətimiz olmuşdu. Elə indi də ölməsəm də, sevirəm. Ona görə ölümə də gedərəm. Təklif etdim ki, gedək Türkiyədə həyatımızı sıfırdan quraq, ər-arvad kimi yaşayaq. Roza dedi, yox".

Roza Zərgərli Əkbərin bu sözlərini gülüşlə qarşılayıb:

"Sən elə indi də mənim üçün ölürsən. Əkbər deyirdi, sənəti ataq, gedək Bali adasında yaşayaq. Keçən il də evlilik təklif edib. Mənə üzük hədiyyə etdi, mən də "hə" cavabı verdim. Amma hər şeyi atıb gedə bilmərəm". / azxeber

09.01.2024 08:48
7998

(MGID): :
OXŞAR XƏBƏRLƏR