66e0096d62c85202409245509
Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayevdən AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev övladı rus dilində təhsil alan bəzi valideynlərin Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması ilə bağlı gileylərinə cavab verib.

Bu barədə jurnalistlərə açıqlama zamanı Oxu.Az-ın sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, ölkəmizdə yaşayan, oxuyan hər bir şagird Azərbaycan dilini bilməlidir:

"Burada rus bölməsi olması fərq etmir. Şagird öz tarixini, öz ədəbiyyatını öz dilində oxumalıdır. Burada xüsusi məntiq axtarmağa ehtiyac yoxdur. Şagirdlər onsuz da Azərbaycan dili fənnini öyrənirlər. Azərbaycan tarixi fənnini keçəndə artıq onların ana dili bilikləri olmalıdır. Məqsəd də budur ki, o bilik formalaşsın".

"Rus bölməsindəki şagirdlərin Azərbaycan dili səviyyəsi ilə bağlı narahatlığımız var. Şagirdlər rus dilində tədris ala bilər, amma onların Azərbaycan dili yüksək səviyyədə olmalıdır", - deyə nazir vurğulayıb.

10.09.2024 12:54
129

(MGID): :
OXŞAR XƏBƏRLƏR